Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Səmayə Məmmədova vəzifəsindən getdi - Yenilənib

Səmayə Məmmədova vəzifəsindən getdi - Yenilənib

Tarix: 2-06-2021, 17:12


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

Hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.

Rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Onu bu postda Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyev əvəzləyəcək.

Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.

Bu barədə ilk xəbəri matc.az saytı yayıb.

Qeyd edək ki, o, 2007-ci ildən Gənclər və İdman Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Xatırladaq ki, aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Səmayə Məmmədova da Azad Rəhimovun gənclər və idman naziri vəzifəsinə təyin olunmasından sonra orada çalışmağa başlamışdı.  

***

Səmayə Məmmədova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, öz istəyi ilə nazirlikdən ayrılıb: “Mayın 21-dən öz istəyimlə14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən  ayrılmışam.  Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq  nazirim Azad Rəhimov mənim  mənəvi atam, dostum, qardaşım, böyük məktəbim,  həyatım boyu  haqqında qürurla danışacağım doğmam oldu”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR