Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

Bakıda piştaxtası sökülən şəxs özünü yandırdı - Foto

Bakıda piştaxtası sökülən şəxs özünü yandırdı - Foto

Tarix: 2-06-2021, 18:59


Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırması ilə bağlı məlumat yayılıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib: “O, piştaxtanı piyadaların hərəkət hissəsində yolu zəbt edərək qanunsuz quraşdırıb. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.

Yayılan məlumata görə, polis Binəqədi rayonu ərazisində yerləşən şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili ilə kobud davranıb, meyvə-tərəvəz piştaxtasını dağıdıb. Buna etiraz olaraq həmin şəxs özünü yandırıb.Hazırda 5 saylı şəhər klinik xəstəxanasındadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR