Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

"Real" heç kimi almır - Onları satır

"Real" heç kimi almır - Onları satır

Tarix: 3-01-2020, 15:59

"Real"ın baş məşqçisi Zinəddin Zidan bu qış transfer pəncərəsinə yeni oyunçu almamağa qərar verib.
Qol.az "AS"a istinadən xəbər verir ki, fransalı mütəxəssis bu məsələdə klub rəhbərliyi ilə  razılığa gəlib. Bildirilir ki, qış transfer pəncərəsində Madrid təmsilçisinin əsas məqsədi hücumçu Mariano Dias və yarımmüdafiəçi Braim Diası satmaqdır.
Xəbərdə o da qeyd olunub ki, klubda vəziyyət  yaydakı kimi eynidir. Zidan "Mançester Yunayted"in futbolçusu Pol Poqbadan başqa heç kəsi almaq istəmir. Ancaq o bilir ki, klub 26 yaşlı oyunçunu hazırda heyətinə qatmağı düşünmür. Bununla bağlı rəhbərlik əvvəlcədən Zidanı məlumatlandırıb. Çünki "Real" komandanın yarımmüdafiəçisi Federiko Valverdeyə inanır. Zidanın da ona güvəndiyi bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR