Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

“Klinikada anamın bağırsağını deşib mikrob saldılar” - Açıqlama

“Klinikada anamın bağırsağını deşib mikrob saldılar” - Açıqlama

Tarix: 4-06-2021, 09:50

Bakıda klinikada əməliyyat olunan xəstənin vəziyyəti ağırlaşıb. Ailəsi bunun həkim səhvi ucbatından olduğunu bildirsə də, qarşı tərəf xəstənin klinikaya külli miqdarda borcu olduğu üçün bu iddianı uydurduğunu deyir.

Vətəndaş Eren Xuçinayeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, anası, Rusiya vətəndaşı Xuçinayeva Fatimə Əli qızı 2021-ci il fevralın 15-də “EGE Hospital”da bağırsaq keçməzliyindən əməliyyat olunub.

Onun sözlərinə görə, əməliyyat zamanı həkimlər anasının bağırsağını deşib və klebsiella mikrobu salıblar. Bundan sonra F.Xuçinayevanın vəziyyəti ağırlaşıb və dörd aydır ki, müalicə olunsa da, sağalmır. O iddia edib ki, hospitalın əməkdaşları bir neçə gün öncə F. Xuçinayevanı bütün öhdəlikləri öz üzərinə götürdüyünə və heç bir narazılığı olmadığına dair müqavilə imzalatdırmağa cəhd ediblər. 

“Qafqazinfo” iddialara münasibət öyrənmək üçün “EGE Hospital”a müraciət edib.

Klinikadan bildirilib ki, qeyd olunan xəstə bağırsaq keçməzliyi ilə daxil olub və əməliyyat olunub: “Əməliyyatdan sonra xəstə ağırlaşıb, hazırda xəstəxanada yatır. Onun ağırlaşmasının səbəbi xəstədə anadangəlmə bağırsaq anomaliyasının olmasıdır.

Bağırsaq əməliyyatlarından sonra klebsiella infeksiyalarının aşkarlanması gözlənilən haldır. Xəstəxanada icra olunan əməliyyat sayını nəzərə alsaq sparadik şəkildə hər hansı bir xəstədə belə bir infeksiyanın aşkarlanması infeksiyanın xəstəxana tərəfindən yoluxdurulmasını isbatlamır”.

Klinikanın cavabında qeyd edilib ki, xəstəyə müqavilə imzalatdırmağa çalışmayıblar: “Bu iddia xəstə yaxını tərəfindən uydurulub. Xəstəlik tarixinin içərisindən F.Xuçinayeva ilə xəstəxana arasında bağlanmış müqavilə müəmmalı şəkildə itib. Xəstənin vəziyyəti ilə əlaqədar onun yaxınına xəstənin yanına sərbəst şəkildə keçməsinə icazə verilib. Xəstəlik tarixindən müqavilə bundan sonra itib. Onun xəstəxanaya külli miqdarda borcu var. F.Xuçinayevanın yaxını ödəniş etməkdən imtina etmək üçün belə problemlər yaradır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR