Son Xəbər: Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər, NATO toplantısının bugünkü PROQRAMI, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR, Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib, Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb, Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək, Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib, Generala yüksək vəzifə verildi, “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?, Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı,

Azərbaycanda daha bir vəzifəli şəxs rüşvətə görə HƏBS EDİLDİ

Azərbaycanda daha bir vəzifəli şəxs rüşvətə görə HƏBS EDİLDİ

Tarix: 5-06-2021, 12:29


Sabirabad rayonu Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Urufulla Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Urfulla Qocayev 03 iyun 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR