Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Bu il son zəng olacaqmı? - AÇIQLAMA

Bu il son zəng olacaqmı? - AÇIQLAMA

Tarix: 7-06-2021, 12:07


İyun ayının 15-də orta məktəblərdə 2020-2021-ci tədris ili yekunlaşacaq. Ötən il pandemiya səbəbindən son zəng tədbirləri onlayn formada təşkil edildi. Lakin bu il şagirdlərin əksəriyyəti tədbirin keçirilməsinin tərəfdarıdır.

Bu il son zəng olacaqmı?

Təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlamasında deyib ki,  2020-ci ildə insanlar pandemiyanın davranış qaydalarına bələd deyildi və bu da birmənalı şəkildə kütləvi tədbirlərin keçirilməsinə mane olurdu:

"Lakin ölkədə artıq kifayət qədər beynəlxalq və yerli tədbirlər keçirilir. Ən vacib məqam isə, 2020-ci ilin istər 15 sentyabrından, istər 2021-in 1 fevralından etibarən məktəblərdə dərslər hibrid formada açılır və 1 milyon 400 minə yaxın şagird hər gün dərs prosesində iştirak edir. Bu il orta ümumtəhsil məktəblərin 11-ci sinfini 86 min şagird bitirir. Hesab edirəm ki, yalnız birinci və 11-ci siniflər, o cümlədən onların müəllimlərinin, valideynlərinin iştirakı ilə ara məsafə gözlənilərək son zəng tədbirləri keçirilməlidir. Bu, uşaqların haqqıdır”.

Ekspert düşünür ki, orta ümumtəhsil məktəblərini bitirən şagirdlər 1 il 4 aya yaxındır, məktəblərə getmədikləri üçün müəllimləri, sinif yoldaşıları ilə son dəfə vidalaşmalıdırlar:

"Etiraf edək ki, şagirdlər digər ictimai yerlərdə - parklarda, restoranlarda  rahatlıqla ola bilirlər. Bu baxımdan könüllü şəkildə kimlər istəsə, son zəng tədbirinə qatıla bilər. Xüsusilə bu, birinci sinif şagirdləri üçün önəmlidir. Yalnız ümumi tədbir, yəni hər hansı çal-çağır olmadan, qeyd etdiyim şagirdərin iştirakı ilə son zəng tədbiri keçirilə bilər”.

Təhsil Nazirliyindən verilən məlumata görə isə, pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən verilir və qərar haqqında ictimaiyyətə məlumat veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR