Son Xəbər: "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək, Zakir Həsənov Pakistana başsağlığı verib, Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək, Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb, Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq, Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb, 23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH, Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM, İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb,

Bu il Azərbaycanda bir sıra səhiyyə müəssisələri istifadəyə veriləcək

Bu il Azərbaycanda bir sıra səhiyyə müəssisələri istifadəyə veriləcək

Tarix: 4-01-2020, 13:30

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosialyönümlü siyasətinin nəticəsi olaraq, Azərbaycanda yeni tibb ocaqları tikilir, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilir, təminatı yaxşılaşdırılır. Bu siyasətin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi 2019-cu ildə uğurla həyata keçirilib.
"Mediabiz.Az" azərtac-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Şöbə müdiri bildirib ki, 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi xəstəxanalarında təmir-tikinti işləri başa çatdırılıb, tam təchiz olunub və açılışa hazırdır. Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatıb. Bu il həmin müəssisələrin açılışı gözlənilir. Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir.
Böyük diaqnostik imkanlara və kadr potensialına malik belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaradıb. 2019-cu ildə 18 yaşdan yuxarı əhalinin 74 faizi tibbi müayinələrdən keçirilib. Müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxını dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub. Eləcə də 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatından çıxarılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR