Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Qabiliyyət imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ

Qabiliyyət imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ

Tarix: 8-06-2021, 11:52

 
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 8 iyun saat 23:59-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, hazırda Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;

Qeyd olunan abituriyentlər günün sonunadək verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanları üzrə qeydiyyat ikinci dəfə də aparılacaq. Qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. İkinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:
- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;
- subbakalavrlar;

- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.
2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR