Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Deputat Nigar Köçərlini qınadı

Deputat Nigar Köçərlini qınadı

Tarix: 8-06-2021, 12:31


Deputat Kamal Cəfərov “Ali və Nino” kitab mağazasından kitab oğurlamasıyla bağlı gündəmə gələn gəncləri müdafiə edib.

K. Cəfərovun sözlərinə görə, həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışıb: “Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN- dən çox olmadıqda bu cinayət əməli olmur, inzibati xətadır.

Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oxuyanlar da oğru olmur”.

Xatırladaq ki, ötən gün DİN paytaxtın Səbail rayonunda yerləşən kitab mağazasından 2 ədəd kitab oğurlamaqda ittiham edilən gənclərlə bağlı məlumat yaymışdı. Sosial şəbəkə istifadəçiləri tərəfindən kiçik qiymətləndirilən bu oğurluğa görə “Ali və Nino”nun rəhbərliyinin hüquq-mühafizə orqanlarına müraciət etməsi, eyni zamanda həmin şəxslərin görüntülərinin yayılması ictimai etirazlara səbəb olmuşdu.

Qeyd edək ki, sözügedən 2 şəxs məhkəmə tərəfindən bəraət alaraq azadlığa çıxıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR