Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Qənirə Paşayeva məmurların onunla danışıq tərzindən narazıdır

Qənirə Paşayeva məmurların onunla danışıq tərzindən narazıdır

Tarix: 8-06-2021, 13:31


Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları onunla danışıq zamanı üslubdan düzgün istifadə etmədiklərinə görə sərt tənqid edib.

Qənirə. Paşayeva qeyd edib ki, onun etdiyi çıxışlar seçicilərinin müraciətləri ilə bağlıdır: “Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə deyirlər ki, qurumlardan cavab ala bilmirlər, onların  adından danışmağımı istəyirlər.  

Bəzi məmurlar isə mənə deyirlər ki, siz bu məsələni 3 dəfə qaldırmısınız. Bu üslub, bu ton doğru yanaşma deyil. Millət vəkili bir məsələni qaldırırsa, bu, onun şəxsi işi deyil. Bəzi məmurlar var ki, vətəndaşlar onların qəbuluna girə bilmir. Amma bizim qapımız həmişə açıqdır. Niyə bu günə qədər məhkəmənin qərarı yerinə yetirilmir? Biz dəli deyilik ki, qayıdıb-qayıdıb eyni məsələni dəfələrlə qaldıraq. Danışanda üslublarına diqqət yetirsinlər. Əgər yetirməsələr mən onların adlarını da çəkərəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR