Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

“Jurnalistlərin ölümü dəhşətli xəbərdir” - Almaniyalı siyasətçi

“Jurnalistlərin ölümü dəhşətli xəbərdir” - Almaniyalı siyasətçi

Tarix: 8-06-2021, 21:05


Almaniya Bundestaqının üzvü Berbel Kofler azərbaycanlı media nümayəndələrinin Kəlbəcərdə minaya düşərək həlak olmalarına münasibət bildirib.

Mediabiz.az xəbər verir ki, almaniyalı siyasətçi bu barədə Tvitter hesabında yazıb.

"Mina partlaması nəticəsində iki jurnalistin – Məhərrəm İbrahimovun və Sirac Abışovun ölümü dəhşətli xəbərdir. Həlak olanların yaxınlarına başsağlığı verirəm. Ümidvaram ki, vəziyyətə aydınlıq gətiriləcək. Regionun hərtərəfli sülhə ehtiyacı var”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR