Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib

İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib

Tarix: 4-01-2020, 14:44

Prezident İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib. 
AZƏRTAC-ın məlumatına görə, təbrikdə deyilir: 
“Hörmətli həmvətənlər!
Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar. Cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın mühüm rol oynadığını göstərir.
Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmirlər.
Əziz həmvətənlər!
Mübarək Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!“




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR