Son Xəbər: Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR, Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib, Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb, Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək, Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib, Generala yüksək vəzifə verildi, “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?, Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı, 34° isti, yağış, dolu... - Sabahın havası, Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi,

Gürcüstanlı jurnalistlər azərbaycanlı həmkarları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Gürcüstanlı jurnalistlər azərbaycanlı həmkarları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Tarix: 9-06-2021, 18:02


Gürcüstan Jurnalistlər Birliyi (GYB) azərbaycanlı həmkarlarının Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

GYB üzvlərinin BMT, Avropa Şurası, “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. “Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar”.

Gürcü jurnalistləri bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətin və jurnalist təşkilatlarının baş verənlərə həssaslıq göstərməsini tələb ediblər.

Bəyanatı GYB sədri Manana Salukvadze, GYB üzvləri – Gürcüstanın media araşdırmalar mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalistləri Badri Naçkepiya, Teymur Beridze, Təhməz Təhməzov, Natiya İoseliyani, Gürcüstan televiziyasının sədri, Gürcüstanın Əməkdar jurnalisti Tengiz Tixlava, “İmedi” televiziyasının şöbə müdiri, Gürcüstanın Əməkdar jurnalisti Beka Oniani, AzTV-nin Gürcüstan təmsilçisi, Gürcüstanın Əməkdar jurnalisti Şahismayıl Məmmədov, “Gürcüstan” qəzetinin baş redaktoru, Gürcüstanın Əməkdar jurnalisti Xaləddin Yolçuyev və digərləri imzalayıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR