Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

MilliÖN Terminalı Şuşada

MilliÖN Terminalı Şuşada

Tarix: 11-06-2021, 09:53


Ölkənin ən tanınmış ödəniş sistemləri şəbəkəsi olan “MilliÖN” tərəfindən mədəniyyət paytaxtımız Şuşada ödəniş terminalları quraşdırılıb.

İlham Əliyevin “Şuşa - səni dirçəldəcəyik” çağırışına qoşulan MilliÖN ödəniş sisteminin operatoru Komtec şirkəti Şuşa şəhərində əhalinin ödəniş xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə qısa zamanda terminal quraşdırılmasını həyata keçirib.

Məlumat üçün bildiririk ki, digər terminallar kimi Şuşa şəhərindəki yeni MilliÖN ödəniş terminalı ilə də istifadəçilər rahat və etibarlı yolla Kommunal, Bank, Sığorta xidmətləri, Dövlət ödənişləri, İnternet, Kabel televiziyası və digər 300-ə yaxın ödənişi həyata keçirə biləcəklər.

Hal-hazırda 4000-nə yaxın  ödəniş terminalı, veb sayt və mobil tətbiqi ilə xidmətinizdə olan “MilliÖN” maliyyə ödəniş sisteminin daim yenilənən xidmətləri barədə ətraflı məlumatı www.Million.az saytından, şirkətin eyni adlı sosial şəbəkələrindən və ya *0010 zəng mərkəzindən əldə edə bilərsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR