Son Xəbər: Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib, Prokuror qızıl qaçaqmalçılığında ittiham olunan hərbi attaşenin keçmiş köməkçisinə cəza istəyib, Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib, Türkiyədə 275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb, Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO, Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib, "Reuters": Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək, Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək, Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, DYP hava ilə bağlı müraciət edib,

Bakı metrosunda iş saatı uzadıla bilər? - AÇIQLAMA

Bakı metrosunda iş saatı uzadıla bilər? - AÇIQLAMA

Tarix: 11-06-2021, 12:37

Bu gündən futbol üzrə Avropa çempionatı start götürür. Yarışın qrup mərhələsinin üç, 1/4 finalın isə bir oyunu Bakıda keçiriləcək. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

Bu barədə Mediabiz.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

B.Məmmədov onu da əlavə edib ki, 12 iyun şənbə və 20 iyun bazar günü olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

“Eyni zamanda oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır. Müzakirələrin nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni fəaliyyət göstərməyəcək:

- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR