Son Xəbər: Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM, Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub, İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək,

İlham Əliyev Putini təbrik etdi: “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk”

İlham Əliyev Putini təbrik etdi: “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk”

Tarix: 11-06-2021, 17:16


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektrinə dair konstruktiv ikitərəfli dialoqunu və səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara əmin-amanlıq və firavanlıq arzu edirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR