Son Xəbər: Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR, Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi, Babək Quliyev UEFA-dan növbəti təyinat alıb, Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq, London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib, Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi, Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb, Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib, Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər, İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub,

Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”

Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”

Tarix: 15-06-2021, 13:22


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa yola düşüb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər edən ilk ali qonaq olacaq. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağın girişində - qapısında Füzulidə qarşılanacaq”.

Bu sözləri Türkiyənin “TRT Haber” telekanalının Bakıya ezam olunmuş müxbiri Fatih Avanos deyib.

Məlumata görə, dövlət başçıları həmçinin Füzuli şəhərində görülən işlərlə tanış olacaq və bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə yollanacaqlar.  

Daha sonra liderlər birlikdə Şuşaya gedəcək. Şuşa şəhərində “Şuşa bəyanatı”nı imzalayacaqlar.

“İki ölkənin yüksək səviyyəli strateji əməkdaşlığını daha da inkişaf etdirəcək bəyanata imza atılacaq”, - deyə müxbir bildirib.

Azərbaycan və Türkiyə prezidentləri Cıdır düzündə Qarabağ atlarının çıxışını izləyəcək. Türkiyə Prezidenti Azərbaycan əsgərləri ilə də görüşəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR