Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Bolqarıstana qaz nəql edəcək interkonnektorun tikintisi nə vaxt başa çatacaq?

Bolqarıstana qaz nəql edəcək interkonnektorun tikintisi nə vaxt başa çatacaq?

Tarix: 7-01-2020, 09:42

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi 2020-ci ilin sonunadək başa çatacaq.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın Energetika naziri Temenujka Petkova deyib.
Nazir bildirib ki, bununla da “Bulgargaz” şirkəti ilə SOCAR arasında “Şahdəniz” yatağından Bolqarıstana bir milyard kubmetr qazın tədarükü ilə bağlı saziş icra olunacaq:
“Biz Yunanıstanla interkonnektorun tikintisini başa çatdırmalıyıq ki, 2020-cilin sonundan Xəzər regionundan həmin həcmdə qazı əldə edə bilək”.
Qeyd edək ki, IGB Trans-Adriatik boru kəməri ilə birləşdiriləcək.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə bir milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq.
Həmin il Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan interkonnektor ilə 2020-ci ildən etibarən ildə bir milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.
IGB layihəsinin dəyəri təxminən 220 milyon avro qiymətləndirilir. Boru kəməri Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələrini bir-birinə birləşdirəcək.
IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 182 kilometrlik IGB boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən üç milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik beş milyard kubmetrə çatdırılması imkanı var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR