Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Azərbaycan qazının Ukraynaya nəqli mümkündür

Azərbaycan qazının Ukraynaya nəqli mümkündür

Tarix: 18-06-2021, 18:12


Azərbaycan qazı Ukraynaya qaz tədarükünün yeni potensial mənbəyi kimi qiymətləndirilib.

Bu barədə Ukraynanın Qaz Nəqliyyatı Sistemi Operatorunun şöbə müdiri Andrey Prokof danışıb.

O bildirib ki, Ukraynanın illik qaz istehlakı təxminən 30 milyard kubmetrdir və onun 20 milyard kubmetri daxili istehsal hesabına qarşılanır, buna görə də qaza olan təlabatın təxminən 10 milyard kubmetri idxal edilir:

“Ukrayna bir neçə ildir ki, Avropa Birliyindən qaz idxal edir, lakin enerji təhlükəsizliyini gücləndirmək üçün qaz mənbələrinin şaxələndirilməsində maraqlıyıq. Azərbaycan Ukraynaya qaz tədarükünün yeni mənbələrindən biri ola bilər.

Ukrayna ilə Azərbaycanın neft və qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirir və onun inkişafına maraq göstəririk. Vacib olan Azərbaycan tərəfinin Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirməkdə marağının olmasıdır”.

Andrey Prokof qeyd edib ki, bu gün təbii qazın Azərbaycan Respublikasından Ukraynaya nəqli Türkiyə ərazisindən keçməklə Trans-Balkan boru kəməri ilə mümkündür:

“Ukraynanın Qaz Nəqliyyatı Sistemi Operatoru Trans-Balkan marşrutu boyunca idxal imkanlarını artırmaq üçün Rumıniya və Moldovadan olan tərəfdaşları ilə işləri davam etdirir. Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıq üçün daha yaxşı şərtlər yaradacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR