Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Britaniya diplomatları və ABŞ neftçiləri İraqdan qaçmağa başladı

Britaniya diplomatları və ABŞ neftçiləri İraqdan qaçmağa başladı

Tarix: 7-01-2020, 10:28

Rəsmi London Yaxın Şərqdə hökm sürən gərginlik fonunda İraq və İrandakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayını təcili şəkildə azaltmağa başlayıb.
“Sky News”un məlumatına görə, təhlükəsizlik məqsədilə diplomatların böyük hissəsi və ailələri vətənlərinə çağırılıb.
Rəsmi London sözügedən tədbirlərin başa çatmasından sonra Bağdad və Tehranda yalnız səfirlərinin və minimum sayda personalın saxlanmasını planlaşdırır.
Nəşr qeyd edir ki, İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin mütəxəssisləri də bu ölkədən qaçmağa başlayıb. Belə ki, “Şevron” neft-qaz şirkəti artıq işçilərinin bir hissəsini təxliyyə edib. Şirkətdən bildirilib ki, vəziyyət sakitləşənə qədər yataqlardakı işlərə yerli işçilər nəzarət edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR