Son Xəbər: Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək, Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib, Generala yüksək vəzifə verildi, “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?, Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı, 34° isti, yağış, dolu... - Sabahın havası, Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi, Bağçalara elektron qəbul başlayıb, Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib, Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb,

Sabah 40 dərəcəyədək isti olacaq

Sabah 40 dərəcəyədək isti olacaq

Tarix: 19-06-2021, 13:08


Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açılanıb.

Ekologiya və Təbbi Sərvət Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-25 dərəcə, gündüz 30-35 dərəcə, Bakıda gecə 23-25 dərəcə, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə isti, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz gəlincə, iyunun 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR