Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Şuşada xeyli sayda silah-sursat aşkar edilib

Şuşada xeyli sayda silah-sursat aşkar edilib

Tarix: 19-06-2021, 13:52

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirləri çərçivəsində xeyli sayda hərbi sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, bir avtomat, bir qumbaraatan, bir tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, bir top mərmisi, 7 124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR