Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

PSJ-yə qarşı oyuna onlar çıxdılar - əczaçı, kuryer...

PSJ-yə qarşı oyuna onlar çıxdılar - əczaçı, kuryer...

Tarix: 7-01-2020, 11:18


PSJ-nin ötən bazar Fransa kubokunda 1/16 final mərhələsində 6:0 hesabı ilə qalib gəldiyi "Lina-Monleri" klubu ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Qol.az xəbər verir ki, Paris təmsilçisinə qarşı oynayan Fransa altıncı liqa klubunun futbolçularının əksəriyyətinin başqa peşə sahibləri olduğu məlum olub. Fransanın ən güclüsünə qarşı matçda meydana əczaçı, santexnik, elektrik  və kuryer çıxıb.

Komandanın baş məşqçisi Stefan Kaprellinin isə 45 ildir PSJ azarkeşi olduğu bəlli olub. O, klubun   abunəçisi olduğunu etiraf edib: "52 yaşım var, 6 yaşımdan PSJ azarkeşiyəm. İl boyu dəstəklədiyim futbolçuların oyunçularıma qarşı oynaması bir az qəribədir.
Məşqçi hətta Zlatan İbrahimoviç PSJ-də oynadığı dönəmdə pişiyinə onun adını qoyub:  "Arvadım bir pişik istədi, uzun müddət razılaşmadım. Dediləri ki, adı özüm seçəcəyəm. İbrahimoviçin PSJ-də oynadığı dövr idi, buna görə pişiyi Zlatan adlandırdım".

Qeyd edək ki, "Lina-Monleri"nin PSJ ilə ev oyununu 15 min azarkeş izləyib. Bu isə həvəskar liqası təmsilçisi üçün yüksək rəqəmdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR