Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Məzun gecəsində 17 yaşlı qız bıçaqlandı - Foto

Məzun gecəsində 17 yaşlı qız bıçaqlandı - Foto

Tarix: 21-06-2021, 11:09

Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.

DİN Mətbuat xidmətindən Mediabiz.az a bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən “Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Xatırladaq ki, iyunun 16-da Ağstafa rayonunun Muğanlı kəndində "Son zəng"dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib. 17 yaşlı Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR