Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı

DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı

Tarix: 21-06-2021, 18:26


Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

Mediabiz.az Meydan TV-yə istinadən xəbər verir ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb.

İdarənin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev saytımıza açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR