Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

“İş adamının bina üçün verdiyi pulu eşidəndə dəhşətə gəlirsən”

“İş adamının bina üçün verdiyi pulu eşidəndə dəhşətə gəlirsən”

Tarix: 22-06-2021, 11:56

Deputat Fazil Mustafa ötən gün Yeni Yasamalda yerləşən binadakı yanğından və ora yanğınsöndürən maşınların daxil ola bilməməsi məsələsindən danışıb.

Fazil Mustafa Milli Məclisdə çıxışında bildirib ki, Bakı mədəniyyətsizlik şəhərinə çevrilməkdədir: “Bu mədəniyyətsizliyi ortadan qaldırmaq yollarını tapmalıyıq ki, Azərbaycanın inkişafı görünsün.

Dünən Yeni Yasamalda yanğın oldu, vətəndaşlara xeyli ziyan dəydi. Əsad səbəb o oldu ki, yanğınsöndürənlər əraziyə daxil ola bilmədi. Binalar bir-birinin içində tikilib. Ona görə yanğınsöndürənlər daxil ola bilmir.  

Əgər Təcili Tibbi Yardımın xəstəni xəstəxanaya çatdırmaq üçün yol infrastrukturu yoxdursa, binalar kiminsə cibinə pul qoyulub bu cür tikilibsə bu, vətəndaşların fəlakətlərinə səbəb olur. Binalar tikilib yarımçıq qalıb. İş adamının binanı tikməkdən əvvəl ayrı-ayrı şəxslərə verdiyi pulu eşidəndə dəhşətə gəlirsən”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR