Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Bakının Baş Planında hansı yeniliklər var? - AÇIQLAMA

Bakının Baş Planında hansı yeniliklər var? - AÇIQLAMA

Tarix: 22-06-2021, 17:05


“Hazırda Bakı şəhərinin Baş Planı ilə bağlı layihə yekunlaşmaq üzrədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”.

Bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

A.Əkbərli bildirib ki, Bakıda yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur:

“Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alan məqamlardandır”.

A.Əkbərlinin sözlərinə görə, əhalinin artımı yaşıllıq zonalarının istismar olunması ilə müəyyən problemlər yaradır:

“Bu gün adambaşına düşən yaşıllıq 8 kvadratmetr olmalıdır, lakin təəssüf ki, biz bunu görmürük. Yeni layihədə qarşıya qoyulan məqsəd bu hədəfə nail olmaqdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR