Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Putin: “Qarabağda münaqişə dayandırılıb”

Putin: “Qarabağda münaqişə dayandırılıb”

Tarix: 23-06-2021, 11:18


Rusiya regional münaqişələrin həllində fəal iştirak edir.

Rusiya mətbuatı yazır ki, bunu Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında bəyan edib.


Onun sözlərinə görə, Rusiyanın mühüm töfhəsi ilə Qarabağdakı münaqişə dayandırılıb.

“Rusiya sülhməramlıları regionda sülhə və təhlükəsizliyə etibarlı zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər”, - deyə o bildirib.

“Rusiya ayrılmaz tarixi, mədəni və humanitar əlaqələri ilə yaxın olduğu qonşu ölkələrin təhlükəsizliyi və rifahı üçün üzərinə düşən məsuliyyəti heç vaxt unutmur. Regional münaqişələrin de-eskalasiyasına, ortaq qitəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə töfhə verməyə davam etmək niyyətindəyik”, - deyə RF dövlət başçısı əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR