Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Amerikalı ekspert seçkilərdən sonra Ermənistanda həllini gözləyən məsələlərdən danışdı

Amerikalı ekspert seçkilərdən sonra Ermənistanda həllini gözləyən məsələlərdən danışdı

Tarix: 23-06-2021, 14:08


ABŞ-dan olan analitik, “Gulf State Analytics”in (geosiyasi risklərin qiymətləndirməsi şirkəti, Vaşinqtonda yerləşir) aparıcı eksperti Teodor Karasik Caliber.Az-a verdiyi açlıqlamada Ermənistandakı seçkiləri şərh edib.

Onun sözlərinə görə, Ermənistandakı seçkilərin nəticələri həqiqətən də çox unikaldır, çünki İrəvan Azərbaycanla müharibədə uduzan tərəf oldu, amma buna baxmayaraq, seçkiləri Nikol Paşinyan qazandı.

“Bəlkə də ən əsas səbəb onun rəqiblərinin yeni heç bir şey təqdim edə bilməməsidir. Bundan əlavə, onların böyük və daxili siyasi məsələləri var. Həm də qeyd etmək istəyirəm ki, Rusiya, göründüyü kimi, bu hadisəni (Ermənistandakı seçkiləri - red.) özünün böyük strategiyasının bir hissəsi kimi qəbul etmədi. Nikol Paşinyan Ermənistanın lideri olaraq qaldı və bu, gələcək əlaqələr üçün zəmin yaradır. Ölkə qarşısında xarici siyasətlə əlaqədar müxtəlif səviyyəli suallar dayanır. Öncə söhbət Ermənistanla qonşu olan - Gürcüstan və Azərbaycandan gedir.

Tbilisinin danışıqlar prosesində iştirak etməsi (Ermənistandan mina xəritələrinin alınması və əvəzində bir neçə erməni diversantın Ermənistana qaytarılması nəzərdə tutulur - red.) potensial gərginliyin bir qədər səngiməsindən xəbər verir.

Digər vacib bir istiqamət əlbəttə ki, Türkiyə, İran və Rusiyadır. Bu üç güc, adətən Qafqazda olduğu kimi, Azərbaycan, Gürcüstan və Ermənistanda nüfuz qazanmaq uğrunda mübarizə aparacaqlar. Əsas istiqamət - logistika, mədənçilik, iqtisadiyyat, o cümlədən enerji və su mənbələridir”,  - deyə T. Karasik fikrini tamamlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR