Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda duman, çiskin olacaq - HAVA PROQNOZU

Bakıda duman, çiskin olacaq - HAVA PROQNOZU

Tarix: 7-01-2020, 14:57


8 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 8-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi cənub rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
Yanvarın 8-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR