Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Millət vəkili məhkəmə sistemindəki nöqsanlardan DANIŞDI

Millət vəkili məhkəmə sistemindəki nöqsanlardan DANIŞDI

Tarix: 25-06-2021, 13:46


“Mediasiya haqqında” qanunu bəyənirəm, səs də verəcəyəm. Amma məhkəmə sistemində olan problemləri də demək lazımdır”.

Mediabiz.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında “Mediasiya haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, məhkəmə proseslərində ciddi nöqsanlar baş verir: "Mənim məhkəmə hakimi, prokuror dostlarım var. Amma seçicilərin müraciətlərindən görürük ki, müəyyən işlər görülsə də, məhkəmələr hələ də düzgün işləmir. Şəxsi maraqlar çərçivəsində qərarlar verilir. Əminəm ki, burada olan deputatların əksəriyyəti məhkəmələrlə bağlı narazıdırlar, amma açıq şəkildə demirlər. Hər gün sürücümə yüzlərlə video, auidio, yazılı formada şikayətlər göndərirlər. Kimisə bunu şəxsi maraqlar naminə edir ki, məndən yararlansın. Mən istifadə olunan adam deyiləm. Amma insanların hüquqları pozulanda mən də onları açıq formada deyirəm".

R.Nurullayev parlament tribunasından Baş prokuror Kamran Əliyevə müraciət edib: “Mən daha sonra Baş prokurora zəng edəcəyəm və onunla görüşmək istədiyimiz bildirəcəyəm. Görüş zamanı bir neçə faktı ona təqdim edəcəyəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR