Son Xəbər: Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ,

Duqin: “İlham Əliyev müdrik siyasətçidir”

Duqin: “İlham Əliyev müdrik siyasətçidir”

Tarix: 25-06-2021, 15:21


“Azərbaycanla bağlı deyə bilərəm ki, bir ölkə öz suveren, müstəqil siyasətini çoxqütblülük əsasında qurursa, bu, Çin ilə iqtisadi tərəfdaşlıq da ola bilər, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq da”.

Bu sözləri rusiyalı filosof və publisist, siyasi elmlər doktoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Çinə Qərbdən olan təzyiqləri və Bakı ilə Pekin arasında iqtisadi tərəfdaşlığı Caliber.Az-a şərh edərkən bildirib.

O, Qarabağın azad edildiyindən sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq barədə məsələ qaldırmağın zəruriliyindən danışıb:

“Bunun üçün heç bir maneə yoxdur. Ardıcıl hərəkət etməliyik. Türkiyə də, mənim fikrimcə, Aİİ-yə dəvət edilməlidir”, - deyə ekspert əlavə edib.

Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin suveren Azərbaycanın tərəfdarı olduğunu deyərək, dövlət başçısının yenicə ölkənin ərazi bütövlüyünün qəhrəmanlıqla bərpasına nail olduğunu vurğuladı. A.Dugin yeri gəlmişkən, bu prosesdə Vaşinqtonun deyil, Rusiya və Türkiyənin rol oynadığını da xatırltdı.

“Mən Azərbaycanın dostuyam, Avrasiyaçılıqda Azərbaycan, Rusiya, Türkiyə və İran arasında əsas bölgə, millət, dövlət kimi böyük əhəmiyyətə malikdir. Bakı Moskva üçün ən vacib strateji tərəfdaşdır; Azərbaycan çoxqütblü dünyanın dayağı ola bilər və olmalıdır. İlham Əliyev müdrik və uğurlu bir siyasətçidir, atası Heydər Əliyevin yolunu tutur, vəsiyyətlərini parlaq şəkildə yerinə yetirir. Həmişə yeni çağırışlara hazır olmaq lazımdır, İlham Əliyev bunun öhdəsindən gəlir”, - deyə ekspert qeyd edib.

Müsahib Azərbaycan Prezidenti İlham Əliyevə güvəndiyini və onun davamlı olaraq xalqı, dövləti üçün doğru yolu seçdiyini vurğulayıb.

“Təkcə Azərbaycan dostu kimi deyil, mücərrəd geosiyasi və analitik baxımından danışsaq, fikrimcə, Azərbaycanın suverenliyi yalnız tarazlığın olacağı çoxqütblü dünyanın tanınması ilə mümkündür”, - deyə A.Duqin sözlərini yekunlaşdırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR