Son Xəbər: Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək, Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib, Generala yüksək vəzifə verildi, “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?, Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı, 34° isti, yağış, dolu... - Sabahın havası, Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi, Bağçalara elektron qəbul başlayıb, Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib, Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb,

Toylarla bağlı icazə portalı sabahdan aktivləşdiriləcək - RƏSMİ + VİDEO

Toylarla bağlı icazə portalı sabahdan aktivləşdiriləcək - RƏSMİ + VİDEO

Tarix: 25-06-2021, 17:18



Şənlik mərasimlərinin keçirilməsinə icazələrin verilməsi üçün icaze.e-gov.az portalı 26 iyun tarixində aktivləşdiriləcək.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən, müvafiq şərtlər daxilində şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunacaq.

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir. Tədbirin başlamasına 5 gün qalmış tədbirlə bağlı heç bir düzəliş edilə bilməz.

İcaze.e-gov.az portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar 9108 “Çağrı” Mərkəzinə müraciət edilə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR