Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

İlham Əliyevdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

İlham Əliyevdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

Tarix: 26-06-2021, 13:17


Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin və ona tabe olan qurumların strukturunda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Bununla bağlı prezident.az məlumat yayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidi (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla), o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilir.

Bundan başqa, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilir.

Eyni zamanda, Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında Nazirliyin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılır.

Həmçinin, Nazirliyin tabeliyindəki Təsərrüfat Müəssisəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR