Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Azərbaycanda İNANILMAZ HADİSƏ: baldız böyrəyini gəlinə verdi

Azərbaycanda İNANILMAZ HADİSƏ: baldız böyrəyini gəlinə verdi

Tarix: 7-01-2020, 15:57

Respublika Diaqnostika Mərkəzinin (RDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi tərəfindən 2019-cu ildə həyata keçirilən son böyrəkköçürmə əməliyyatı əlamətdarlığı ilə qeyd olunub.
Publika.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, klinikaya müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub.
"Pasiyentimiz uzun müddət idi ki, əziyyətli hemodializ senasları alırdı. Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı. 2019-cu ildə son böyrəkköçürmə əməliyyatımız da uğurla keçdi, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə sağlam şəkildə yazıldılar. Bu əlamətdar hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı və Yeni ili daha sağlam və gümrah qarşılamaqlarına səbəb oldu!" deyə şöbə müdiri, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR