Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

Deputat oteldə maskasız mübahisə etdiyinə görə cərimələnib

Deputat oteldə maskasız mübahisə etdiyinə görə cərimələnib

Tarix: 28-06-2021, 09:49


Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşaiyət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında dünən  Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Mediabiz.az-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.
Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.

Qalmaqala səbəb M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak etməsi olub.

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR