Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

Daha iki avtobusda gedişhaqqı “BakıKart”la ödəniləcək

Daha iki avtobusda gedişhaqqı “BakıKart”la ödəniləcək

Tarix: 28-06-2021, 13:34


Sabahdan daha iki sərnişin avtobusu “BakıKart” vasitəsilə ödəniş sisteminə keçəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st.-Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Suraxanı rayonu üzrə - Tofiq Bayram küç. (Əmircan qəs.), Malik Mustafayev küçəsi, Balandin küçəsi, İlham Şükürov küçəsi, Əhməd Mehbalıyev küçəsi, Sakit Qocayev küçəsi, Səttar Bəhlulzadə küçəsi (Bülbülə qəs.), Ə.Mehbalıyev küçəsi (Qaraçuxur qəs.), A.Rzayev küç. keçid 1849, Hacı Zeynalabdin Tağıyev küçəsində (Əmircan qəs.) POS terminallar quraşdırılıb.

Sabunçu rayonu üzrə isə quraşdırılan POS terminallar Sülh küçəsi, X.Xasməmmədov 78A (Bakıxanov qəs.), Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.), Yavər Əliyev 28B (Bakıxanov qəs.), Əhməd Mehbalıyev 23, Nazim İsmayılov 7 (Bakıxanov qəs.) küçəsində yerləşir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR