Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Məktəblərdə daha bir YENİLİK - Növbəti tədris ilindən...

Məktəblərdə daha bir YENİLİK - Növbəti tədris ilindən...

Tarix: 28-06-2021, 15:11


Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən "Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti dəfə "məktəb inspektoru” vakansiyası elan olunub.

Mediabiz.az-ın məlumatına görə, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

Layihə çərçivəsində 10 mart–7 iyunda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaq.

Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul 2021-ci il tarixədək davam edəcəkdir. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan  www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR