Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

Azərbaycanda erməni feyklərinin ifşası üçün layihə başlanıldı - VİDEO

Azərbaycanda erməni feyklərinin ifşası üçün layihə başlanıldı - VİDEO

Tarix: 28-06-2021, 15:55


Azərbaycanda Ermənistanın yaratdığı tarixi xarakterli feykləri ifşa etmək və fəsadlarını nümayiş etdirmək üçün layihə başladılıb.

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, layihə “Vmedia” “Youtube” kanalı tərəfindən həyata keçirilir.

“Ermənistanda feyk yaratmaq dövlət siyasəti səviyyəsinə yüksəlib və Qafqazda artıq 100 ildən çoxdur ki, qanlı müharibələrin alovlanmasının əsas səbəbidir. Belə bir layihəyə tələbat, ilk növbədə, ölkənin siyasi elitasının öz yalanlarında necə dolaşdığını görən Ermənistan cəmiyyətində mövcuddur. Ermənistanda baş verənlərin səbəbi məhz “çox əzablardan keçən, təqib olunan azlıq” obrazı yaratmaq üçün istifadə olunan feyklər, miflərin uydurulması, müxtəlif saxtalaşdırmalardır. Bununla da əhaliyə özgə torpaqlarını özlərinin “qədim” torpaqları elan etmək kampaniyasının uğurlu ola biləcəyi təlqin olunur”,  - deyə layihə müəllifləri bildirir.

Layihə müəllifləri həmçinin irəli sürdükləri faktları təkzib edə biləcək hər bir şəxsə bir milyard dollar verməyə hazır olduqlarını qeyd ediblər.

Layihənin məqsədi bu meqa-feykləri istehlak edən erməni ictimaiyyətinə məlumat dəstəyi verməkdir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR