Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

"Maska taxmadığına görə millət vəkillərini cərimələmək olmaz" - DİN-ə ETİRAZ

"Maska taxmadığına görə millət vəkillərini cərimələmək olmaz" - DİN-ə ETİRAZ

Tarix: 29-06-2021, 13:01

Millət vəkili Razi Nurullayev həmkarı Ramil Həsənin karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etmədiyi üçün cərimələnməsinə münasibət bildirib.

Mediabiz.az xəbər verir ki, R.Nurullayev həmkarının cərimələnməsinin  qanuna zidd olduğunu qeyd edib:

"Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cəriməliyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o vətəndaşın cərimə edilməsinə sevinsin.

Əslində, qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma, indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır. Deputat da sadə bir vətəndaşdır".

Qeyd edək ki, “Four Seasons” hotelində məhkəmə qərarının icrası zamanı deputat Ramil Həsən ilə vəkil Muxtar Mustafayev arasında mübahisə yaranıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR