Son Xəbər: Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb,

Bu ölkələrdən Azərbaycana quş ətinin gətirilməsi QADAĞAN EDİLDİ

Bu ölkələrdən Azərbaycana quş ətinin gətirilməsi QADAĞAN EDİLDİ

Tarix: 29-06-2021, 15:08


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Albaniya Respublikasının Dibra və İraq Respublikasının Vasit inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Albaniya Respublikasının Dibra və İraq Respublikasının Vasit inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Albaniya və İraq respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR