Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu başladı

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu başladı

Tarix: 30-06-2021, 09:33


“2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilib.

Təhsil Nazirliyindən Mediabiz.az-a verilən məlumata görə, sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Müraciət üçün son tarix iyulun 31-i müəyyən edilib.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR