Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Cəsədi yandırılan Nərminin atası danışdı: “Qızımın yanan cəsədini...”

Cəsədi yandırılan Nərminin atası danışdı: “Qızımın yanan cəsədini...”

Tarix: 8-01-2020, 09:49

"Qızımın cəsədini görən şəxslər polisə aparılıb və onlardan izahat alınıb".

Bu sözləri BAKU.WS-in bölgə müxbirinə yandırılmış vəziyyətdə cəsədi tapılan 10 yaşlı Nərmin Quluyevanın atası Şərif Quliyev bildirib.

"Saxlanlan şəxslər qızımın yanan cəsədini söndürən adamlardır. Onlar olmasa idi, uşağın cəsədi tamamilə yanardı.

Birinin artıq izahatı alınıb, sərbəst buraxılıb. Digəri də böyük ehtimalla sərbəst buraxılacaq.

Onların heç bir günahı yoxdur. Onlar sadəcə cəsədi ilk görənlərdəndir. Yəqin ki, polisdə bu səbəbdən onlardan izahat alıb", - deyə Şərif Quliyev bildirib.

Məlumat üçün onu da bildirək ki, Nərmin Quliyeva bu gün saat 12-00 da Dondar Quşçu kənd qəbristanlığında dəfn olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR