Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Bakıda iki gün AVRO-2020-yə görə açıq hava tamaşaları keçiriləcək

Bakıda iki gün AVRO-2020-yə görə açıq hava tamaşaları keçiriləcək

Tarix: 1-07-2021, 17:01


Bu gün və sabah Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq hava teatrı təşkil olunacaq.

Tamaşanın nümayişində məqsəd AVRO-2020 həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır.

Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Kristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçası” əsərlərindən hissələr nümayiş olunacaq. Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandıracaq.

Saat 21:00-da başlayacaq tədbir saat 23:00-a qədər davam edəcək. Tamaşaya giriş ödənişsiz olacaq.

Qeyd edək ki, iyulun 3-də məşhur yazıçının həmyerliləri Bakı Olimpiya Stadionunda Çexiya millisinə qarşı 1/4 final görüşünə çıxacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR