Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Dünyanın "ən güclü" pasportları açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın "ən güclü" pasportları açıqlandı - Siyahıda Azərbaycan da var

Tarix: 8-01-2020, 10:22

Yaponiya "Henley Passport Index" pasportlar reytinqində birinci yerdə qərarlaşıb.
Mediabiz.az "Qafqazinfo"ya istinadən məlumatına görə, bu ölkənin sakinləri düz 191 ölkəyə vizasız səyahət edə bilərlər. Yaponiya bu reytinqdə artıq üçüncü ildir ki, liderliyini qoruyub saxlayır.
İkinci yerdə Sinqapur, üçüncü yerdə isə Almaniya ilə Cənubi Koreya yer alıb. Bu ölkələrin vətəndaşları müvafiq olaraq – 190 və 189 ölkəyə vizasız yollana bilərlər.
İlk onluğa Finlandiya, İtaliya, Danimarka, Lüksemburq, İspaniya, ABŞ və Böyük Britaniya da daxil edilib.
Reytinqdə ümumilikdə 107 ölkə yer alıb. Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR