Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

DYP-dən "AVRO-2020" ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

DYP-dən "AVRO-2020" ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

Tarix: 2-07-2021, 14:34


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) AVRO-2020-nin iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Danimarka - Çexiya qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Futbol üzrə Avropa ÇeVmpionatının Bakıda keçirilməsi nəzərdə tutulan sonuncu oyunu çərçivəsində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ziya Bünyadov istiqamətində hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk, Böyük Şor bulvarı, Atletlər kəndi və Heydər Əliyev Prospekti istiqamətində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar.

Qeyd edək ki, həmin əraziyə Təşkilat Komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilərlər. Sürücülərdən xahiş edilir ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar: "Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədar nəzərdə tutulmuş qaydalara əməl etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun Qara Qarayev stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar".

Danimarka - Çexiya matçı saat 20:00-da başlanacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR