Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

"Sərt cavab verəcəyik" - Lavrov Rusiyaya təzyiqin mümkün nəticələrini xatırlatdı

"Sərt cavab verəcəyik" - Lavrov Rusiyaya təzyiqin mümkün nəticələrini xatırlatdı

Tarix: 6-07-2021, 12:44


Vaşinqton "dostcasına davranmamağa" qərar verərsə, Moskvanın cavabı sərt olacaq. Bundan əlavə, yalnız müəyyən "güc" arqumentlərinə arxalanaraq Rusiya ilə dialoq aparmağa çalışmaq əvvəlcədən uğursuzluğa məhkum olunmuş taktikadır.

Mediabiz.az-ın pravda.ru-ya istinadla məlumatına görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya, ABŞ və iki ölkə arasındakı münasibətlərdən danışıb.
Nazir qeyd edib ki, Cenevrədəki görüşdən dərhal sonra Rusiyaya  yenidən "moizə" oxumağa başlaylblar, özü də əvvəlkindən daha fəal.

"Rusiya lideri ictimaiyyət qarşısında  açıq şəkildə bəyan eydi ki, bütün istiqamətlərdə müsbət nəticə əldə etməyin yeganə yolu yalnız tamamilə bərabər əsasda qarşılıqlı məqbul maraqlar balansının tapılmasıdır. Tərəflər arasındakı görüşdə bununla bağlı heç bir etiraz ifadə olunmadı", - deyə Lavrov xatırladıb.

Lavrov əlavə edib ki, moizələr Moskvaya "xəbərdarlıqlar”la  müşayiət olunur. Onların mahiyyəti belə anlaşılır: Moskvaya yeni "oyun qaydaları" təklif olunur, əgər o bunu qəbul etməsə, növbəti "təzyiq" dalğası gələcək.

"Bizimlə güc mövqeyindən dialoq aparmaq cəhdləri əvvəlcə uğursuzluğa məhkumdur: maraqlarımıza zidd hərəkətlərə sərt və qətiyyətlə cavab verəcəyik",-  deyə Lavrov fikrini yekunlaşdırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR