Son Xəbər: Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq,

Mixail Muraşko: “Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər”

Mixail Muraşko: “Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər”

Tarix: 6-07-2021, 17:13



Pandemiya müddətində Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkələr arasında “COVID-siz səyahət” layihəsi çərçivəsində qarşılıqlı əlaqə formatı mövcuddur.

“Eyni zamanda, təhlükəsiz sərhəd keçidi üçün peyvənd sertifikatlarının tanınması, istehsalın inkişafı, tibbi əlaqələr və mütəxəssislərin qarşılıqlı əlaqəsi ilə bağlı layihələr və əlaqələr var. Son bir ildə bu cür əməkdaşlıq sahələrinin sayı genişlənib”, - deyə o bildirib.

Sonda rusiyalı nazir vurğulayıb ki, ürək-damar xəstəlikləri, onkologiya ilə mübarizə, bir sıra elmi sahələr, mütəxəssis hazırlığı və s. ilə bağlı klassik qarşılıqlı münasibətlər də unudulmamalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR