Son Xəbər: Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib,

Alman şirkətinin Oxçuçayı çirkləndirməsinə Almaniya hökuməti göz yumur

Alman şirkətinin Oxçuçayı çirkləndirməsinə Almaniya hökuməti göz yumur

Tarix: 6-07-2021, 18:24


Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror siyasətini bu gün də davam etdirir.

Mediabiz.az xəbər verir ki, Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən Oxçuçay çayının 47 kilometrlik hissəsi Ermənistanın ölkə sərhədləri daxilindədir. Son aylarda çayın çirkləndirilməsi daha böyük miqyas alıb.
Daim ekologiyanın çirklənməsinə qarşı çağırışları və ittihamları ilə gündəmə gələn Qərbin humanitar təşkilatları bu prosesdə susmağa üstünlük verir. Hətta Azərbaycan ərazisində ekoloji terror aktı törədənlər arasında Qərb şirkətləri də var.
Onlardan biri də Almaniyanın CRONIMET Holding GmbH şirkətidir. Bu şirkət Oxçuçay ətrafında dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq yaradıb.
Azərbaycan gənclərinin beynəlxalq təşkilatlara bununla bağlı müraciətindən sonra Almaniya mediası Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil edib.
Bu kampaniyalarında Soros şəbəkəsinin məkrli planları da özünü göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi bəzi qərb dairələrini narahat edir. Bu prosesdə şirkətləri Oxçuçayı çirkləndirən Almaniya daha fəal rol oynayır. Azərbaycan əleyhinə olan bu kampaniyaların davamlı xarakter daşıması prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir.
Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı daim Almaniya mediası əleyhimizə materiallar dərc etməklə diqqət çəkməyə çalışıb. Bu cür hallar Eurovision-2012, l Avropa oyunları və digər mühüm beynəlxalq tədbirlər zamanı özünü göstərib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ermənilər tərəfindən mütəmadi olaraq Azərbaycan ərazisində olan çaylara çirkli sular axıdılaraq həmin çay hövzəsinin flora və faunasının məhv edilməsi prosesi həyata keçirilir: “Hal-hazırda Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi prosesi davam etdirilir. Bu məsələ Azərbaycanda böyük rezonans doğurduğundan və etirazlara səbəb olduqdan sonra Azərbaycan media nümayəndələri tərəfindən bu məsələ gündəmdə saxlanıldı. Tədqiqatlar zamanı Oxçuçayda çoxlu sayda bu terrorun törədilməsində Avropa Şirkətlərinin də iştirak etməsi ortaya çıxıb. Ermənistan dağ mədən şirkətlərinə xüsusilə də Almaniyanın “CRONIMET Holding”indən dəstək var. Onlar bilərəkdən Oxçuçayın hövzəsinin çirkləndirilməsi prosesini həyata keçirirlər.
Foto: Oxçuçayın çirkləndirilməsindən sonra ölən balıqlar

Təəssüflər olsun ki, Azərbaycan mediasının Almaniya Səfirliyinə müraciəti cavabsız qaldı. Onlar bu məsələni ört-basdır etməyə başladılar. Almaniyada fəaliyyət göstərən “Yaşıllar partiyası” isə bu məsələyə saymazyana reaksiya verdilər. Ümumilikdə, bu proseslərdə “Soros” fondunun əli var. Bildiyiniz kimi, Paşinyan özü bu fondun dəstəyi ilə hakimiyyətə gəlib. “Soros” fondunun fəaliyyəti Azərbaycanda dayandırılıb. Onlar da bu cür iyrənc yola əl atırlar. Almaniyada da bu fondun təsiri var. Hal-hazırda ermənilər tərəfindən Azərbaycana vurulan bu ekoloji zərbəyə Azərbaycan səssiz qalmır. Beynəlxalq təşkilatlara müraciət edərək, dünya ictimayətinə ermənilərin gerçək simasını göstəririk”.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, deputat Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələdə hər hansı ölkə Azərbaycana qarşı qeyri-qanuni iş görübsə, Azərbaycan onlara sərt münasibət göstərməli və ifşa etməlidir: “Çünki bu ərazilər işğal olunmuş ərazilərdir və orada hər hansısa iş görürsənsə, Ermənistanın çirkablarını Azərbaycan çaylarına axıdırsansa, birmənalı olaraq məsuliyyət daşımalısan. Nə qədər kampaniya aparsalar da, Azərbaycan birmənalı şəkildə öz etirazını ortaya qoymalıdır.
Biz bütün beynəlxalq qurumlara, qeyri-hökumət təşkilatlarına müraciət etməliyik ki, Ermənistana müdaxilə etsinlər. Avropa bu məsələyə müdaxilə etmir. Çünki Ermənistana dəstək verən Qərbin bəzi ölkələri öz himayədarlıqlarını məhz bu yolla göstərirlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR