Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda şagirdlərin yeni geyim formaları belə olacaq - FOTO

Azərbaycanda şagirdlərin yeni geyim formaları belə olacaq - FOTO

Tarix: 6-07-2021, 18:39

Şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə  təqdim edilib.

Bu barədə Mediabiz.az a Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəy öyrənilib. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR